Mochiki Mochiki
  • 543

Mochiki

Food Products

Satıcı-Barista

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satıcı-Barista

  • Deadline 29 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Mochiki”nin şirin dünyasına dəvətlisiniz! İnsanlarla ünsiyyətdən zövq alırsınızsa, gülümsəməyi sevirsinizsə və rəngarəng moçi desertləri, bubble tea içkiləri ilə dolu bir mühitdə işləmək istəyirsinizsə — komandamızda yeriniz hazırdır!

Vəzifə öhdəlikləri:

  • Moçi, bubble tea və digər məhsulların müştərilərə düzgün təqdimatı və satışı;
  • Resept əsasında bubble tea içkilərinin hazırlanması;
  • Satış nöqtəsində səliqə və təmizliyin qorunması;
  • Komanda ilə ahəng içində çalışaraq xoş mühitin yaradılması.

Bizim üçün vacib olan keyfiyyətlər:

  • Gülərüzlülük və səmimiyyət;
  • Komanda ruhunda işləmək bacarığı;
  • Müştərilərdə xoş təəssürat yaratmaq istəyi.

Namizədə tələblər:

  • Cinsiyyət: qadın;
  • Təcrübə üstünlükdür, lakin əsas olan öyrənməyə açıq olmaqdır;
  • Rus dili biliyi arzuolunandır.

Sizə təklif edirik:

  • İş qrafiki: 1 iş günü / 1 istirahət günü (Növbəli);
  • İş saatı: 10:00 – 22:00;
  • Maaş: 550 AZN (xalis) + satış bonusları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily125
  • Weekly379
  • Monthly947