Cost Control Menecer

  • Истекает 28 ноябрь 2026
  • Tikinti layihələri üzrə ilkin büdcələrin və xərc planlarının hazırlanmasına nəzarət etmək.
  • Layihələrin faktiki xərclərini təsdiq olunmuş büdcə ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək.
  • Material, əməkhaqqı, texnika, subpodratçı və digər tikinti xərclərini izləmək.
  • Aylıq xərc hesabatlarını, büdcə proqnozlarını və maliyyə təhlillərini hazırlamaq.
  • Layihə rəhbərləri, satınalma, maliyyə və texniki şöbələrlə koordinasiyalı işləmək.
  • Xərclərin optimallaşdırılması və büdcəyə qənaət imkanlarını müəyyən etmək.
  • Müqavilə dəyişikliklərinin, əlavə işlərin və variation order-lərin büdcəyə təsirini qiymətləndirmək.
  • Cash flow, cost-to-complete və estimate-at-completion (EAC) proqnozlarını hazırlamaq.
  • Layihə üzrə riskləri və mümkün büdcə aşımını əvvəlcədən müəyyən edərək rəhbərliyə təqdim etmək.
  • Xərc nəzarəti prosedurlarının və hesabat sistemlərinin təkmilləşdirilməsində iştirak etmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, mühəndislik, tikinti menecmenti və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Tikinti sektorunda xərc nəzarəti, layihə büdcələşdirilməsi və ya maliyyə təhlili sahəsində minimum 5 il iş təcrübəsi.
  • Böyük tikinti layihələri üzrə büdcə və faktiki xərclərin idarə edilməsi təcrübəsi.
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər; ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür.
  • Cost control, cost forecasting, variance analysis və cash flow planlaşdırılması üzrə biliklər.
  • Müqavilələrin, BOQ (Bill of Quantities) sənədlərinin və tikinti smetalarının təhlili bacarığı.
  • Analitik düşüncə, detallara diqqət və güclü problem həll etmə bacarığı.
  • Komanda ilə işləmək və rəhbərliyə aydın hesabatlar təqdim etmək bacarığı.
  • Azərbaycan dili biliyi; ingilis və rus dillərini bilmək.

Üstünlük hesab olunur

  • EPC və ya iri həcmli infrastruktur və tikinti layihələrində iş təcrübəsi.
  • Primavera P6, MS Project, Power BI və ya digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı.
  • PMP, AACE və ya digər müvafiq beynəlxalq sertifikatların olması.

 

 

  • Daily0
  • Weekly355
  • Monthly2327