Əsas vəzifə və öhdəliklər:
- Layihələrinin hazırlanması;
- Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək və konstruksiya işləri üzrə hesabatların hazırlamak; Layihə üzrə iş həcmlərinin çıxarılması;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq və layihələndirmə üçün tapşırıqları tərtib etmək;
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsinə köməklik göstərmək;
- Layihə-smeta sənədləri hazırlanmasında iştirak etmək və sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Cizgilərin hazırlanması;
- Mülki və struktur mühəndislik layihələrinin planlaşdırılmasına və icrasına nəzarət etmək;
- Memarlar, podratçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək;
- Struktur təhlili və hesablamaları yerinə yetirmək;
- Mühəndislik planlarını, spesifikasiyaları və hesabatları hazırlamaq və nəzərdən keçirmək;
- Layihə büdcələrini, cədvəllərini və resurslarını idarə etmək;
- Sahədə yoxlamalar aparmaq və keyfiyyətə nəzarəti təmin etmək;
- Texniki məsələləri həll etmək və mühəndislik həllərini təqdim etmək;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına ,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
Tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil;
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Dil: Azərbaycan, İngilis və Rus dilləri mütləqdir
- Komputer bilikləri: Microsoft Office və AutoCAD (Lira, STAAD pro, Revit və s. bilənlərə üstünlük verilir) proqramları;
- İşə məhsuliyyətli yanaşmaq;
İş haqqında məlumat:
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki - 5 gün
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə mütləq “Baş mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.