Vəzifə öhdəlikləri
- Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
- Aylıq, rüblük və illik büdcə icrasını təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
- Faktiki göstəriciləri büdcə və proqnoz göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları təhlil etmək;
- Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasını təmin etmək;
- Gəlir və xərclərin təhlilini aparmaq;
- Pul vəsaitlərinin hərəkəti və maliyyə göstəricilərinin təhlilində iştirak etmək;
- Rəhbərlik üçün analitik hesabat və təqdimatlar hazırlamaq;
- Büdcə planlaması üzrə struktur bölmələri ilə koordinasiyalı işləmək;
- Maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq və hesabatlılığın vaxtında təqdim edilməsini təmin etmək;
- Maliyyə göstəricilərinin təhlili və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə/mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 1 il böyük mütəxəssis vəzifəsində təcrübə;
- ACCA sertifikatlarının (minimum F3, F7) olması;
- ERP və MS Office proqramları üzrə yüksək bilik və bacarıqlar;
- İngilis dili biliyi mütləqdir;
- Big 10 şirkətlərdə iş təcrübəsi üstünlükdür;
- Analitik düşünmə, rəqəmlərlə işləmə və hesabat hazırlama bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Büdcə və Hesabatlılıq üzrə böyük mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.