Layihələrin qiymətləndirilməsi sektorunun müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Layihələrin qiymətləndirilməsi sektorunun müdiri

  • Истекает 17 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Layihələrin qiymətləndirilməsi sektorunun fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək;
  • Layihə cizgilərini, texniki spesifikasiyaları və digər layihə sənədlərini təhlil etmək, nəzərdə tutulan işlərin həcmini və qiymətləndirmə üçün tələb olunan məlumatları müəyyənləşdirmək;
  • Layihə sənədləri əsasında iş və material həcmlərinin çıxarılmasını, hesablanmasını və yoxlanılmasını təşkil etmək;
  • Layihə üzrə iş həcmləri cədvəllərinin (BOQ) sıfırdan tərtib olunmasını, işlərin müvafiq bölmələr üzrə qruplaşdırılmasını, ölçü vahidlərinin və miqdarların düzgün müəyyən edilməsini təmin etmək;
  • Hazır təqdim edilmiş BOQ-ların layihə cizgiləri və texniki tələblərlə uyğunluğunu yoxlamaq, çatışmayan, təkrarlanan və ya səhv hesablanmış mövqeləri müəyyənləşdirmək;
  • Hər bir BOQ mövqeyi üzrə material, işçi qüvvəsi, texnika və digər resurs tələbatının müəyyən edilməsini, vahid qiymətlərin və ümumi məbləğlərin hesablanmasını təşkil etmək;
  • Material, avadanlıq və subpodrat işləri üzrə qiymət məlumatlarını toplamaq, təkliflərin layihə tələblərinə uyğunluğunu qiymətləndirmək;
  • BOQ əsasında layihənin maya dəyərinin, smetasının hazırlanmasını təşkil etmək;
  • Hesablamalarda birbaşa və dolayı xərclərin, itki normalarının, logistika xərclərinin, risk ehtiyatlarının və mənfəət marjasının nəzərə alınmasını təmin etmək;
  • Layihə sənədlərindəki qeyri-müəyyənlikləri və uyğunsuzluqları müəyyən etmək, layihəçilər və texniki komanda ilə dəqiqləşdirmək;
  • Layihədə edilən dəyişikliklərə uyğun olaraq BOQ-ların və qiymət hesablamalarının yenilənməsini, əlavə və ixtisar olunan işlərin maliyyə təsirinin hesablanmasını təşkil etmək;
  • Hazırlanmış BOQ-ları, smetaları və qiymət hesablamalarını yoxlamaq, əsaslandırılmış şəkildə rəhbərliyə təqdim etmək və sifarişçi ilə texniki-kommersiya müzakirələrində iştirak etmək.

Namizədə olan tələblər:

  • İnşaat mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil;
  • Layihələr üzrə iş həcmlərinin hesablanması, BOQ hazırlanması və qiymətləndirmə sahəsində minimum 5 il, o cümlədən komanda idarəçiliyi üzrə minimum 2 il iş təcrübəsi;
  • Layihə cizgilərini və texniki sənədləri sərbəst oxumaq, onların əsasında iş və material həcmlərini hesablamaq bacarığı;
  • BOQ-ların sıfırdan tərtib edilməsi, mövcud BOQ-ların yoxlanılması və qiymətləndirilməsi üzrə praktiki təcrübə;
  • Tikinti, konstruksiya və MEP işlərinin həcmlərinin hesablanması prinsipləri üzrə biliklər;
  • Vahid qiymət analizlərinin, resurs hesablamalarının, smetaların və layihə büdcələrinin hazırlanması üzrə təcrübə;
  • MS Excel və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı; smeta və həcm hesablama proqramları üzrə biliklər üstünlükdür;
  • Azərbaycan dili biliyi; ingilis və rus dillərində texniki sənədlərlə işləmək bacarığı üstünlükdür;
  • Analitik düşünmə, detallara diqqət, komandanın işini təşkil etmək və müəyyən edilmiş müddətlərdə nəticə təqdim etmək bacarığı.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Layihələrin qiymətləndirilməsi sektorunun müdiri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly319
  • Monthly1250