Qazma qurğuları üzrə çilingər

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qazma qurğuları üzrə çilingər

  • Истекает 10 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidmət, təmir və sazlama işlərini həyata keçirmək; 
  • Qazma alətlərinin açma mexanizmləri, qazma bucurqadları, dizel mühərrikləri, hidravlik avadanlıqlar, məhlul hazırlama avadanlıqları, köməkçi bucurqadlar və qaldırıcı kranların texniki baxış və təmirini aparmaq; 
  • Quyuağzı avadanlıqların, fontan armaturunun quraşdırılması, həmçinin qazma qurğularının quraşdırılması və sökülməsi işlərində iştirak etmək; 
  • Avadanlıq və alətlərin saz vəziyyətdə saxlanılmasını təmin etmək, aşkar edilmiş nasazlıqları aradan qaldırmaq; 
  • İşə başlamazdan əvvəl iş yerini, alətləri, avadanlıqları və fərdi mühafizə vasitələrini yoxlamaq; 
  • Təmir və texniki xidmət işlərini təhlükəsizlik qaydalarına uyğun yerinə yetirmək; 
  • İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş qaydada yerləşdirmək; 
  • SƏTƏM, əməyin mühafizəsi, ekoloji və istehsalat intizamı tələblərinə riayət etmək; 
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək. 

Namizədə tələblər

  • Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür); 
  • Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
  • Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər; 
  • Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı; 
  • SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər; 
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; 
  • Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily109
  • Weekly240
  • Monthly840