Modern Engineering Bureau of Azerbaijan Modern Engineering Bureau of Azerbaijan
  • 158

Modern Engineering Bureau of Azerbaijan

Professional, Scientific & Technical Services , Engineering Services

Qazma qurğularında elektronika üzrə texnik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qazma qurğularında elektronika üzrə texnik

  • Deadline 4 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar zamanı təhkim olunduğu əsas iş sahəsində, o cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə icra etmək;
  • Sensorların, transmitterlərin, ölçü cihazlarının və digər elektron cihazların quraşdırılmasını, sazlanmasını, kalibrlənməsini və texniki xidmətini həyata keçirmək;
  • Sənaye avtomatlaşdırma və idarəetmə sistemlərinin, və digər elektron idarəetmə sistemlərinin işinə nəzarət etmək və nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • Elektron avadanlıqlar arasında siqnal və kommunikasiya kabellərinin çəkilməsini, qoşulmasını, markalanmasını və texniki vəziyyətinin yoxlanılmasını təmin etmək;
  • Elektron və idarəetmə sistemlərində siqnalların, giriş-çıxışların (I/O), rabitə xətlərinin və enerji təchizatının yoxlanılmasını həyata keçirmək;
  • Avadanlıqların texniki xidmət və təmiri zamanı tələb olunan ölçmə cihazlarının, xüsusi alətlərin, ehtiyat hissələrinin və istehlak materiallarının mövcudluğunu təmin etmək və onların düzgün istifadəsinə nəzarət etmək;
  • Elektron avadanlıqların və sistemlərin texniki sənədlərini, elektrik və elektron sxemlərini, kabel cədvəllərini, avadanlıq pasportlarını və digər texniki sənədləri oxumaq və onlardan istifadə etmək;
  • Aparılmış texniki xidmət, təmir, sınaq və nasazlıqlar barədə müvafiq texniki hesabatları və iş qeydlərini hazırlamaq və təqdim etmək;
  • Elektron avadanlıqlar üzərində profilaktik texniki xidmət və planlı baxış işlərini həyata keçirmək, aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək;
  • Elektron avadanlıqlar üzərində işə başlamazdan əvvəl müvafiq enerji təcridetmə (LOTO), iş icazəsi (Permit to Work) və digər təhlükəsizlik prosedurlarının tətbiq edilməsini təmin etmək;
  • Partlayış təhlükəli zonalarda (Ex Zone) işləyərkən müvafiq partlayışdan mühafizə tələblərinə və təsdiq edilmiş prosedurlara riayət etmək;
  • Rəhbər tərəfindən tapşırılan digər işləri vəzifə təlimatına, daxili prosedurlara və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək.İşə başlamazdan əvvəl iş yerini, alətləri, avadanlıqları və fərdi mühafizə vasitələrini yoxlamaq; 
  • Təmir və texniki xidmət işlərini təhlükəsizlik qaydalarına uyğun yerinə yetirmək; 
  • İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş qaydada yerləşdirmək; 

Namizədə tələblər

  • Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür); 
  • Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
  • Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər; 
  • Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı; 
  • SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər; 
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; 
  • Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly595
  • Monthly481