Vəzifə öhdəlikləri
- Qazma meydançasında istifadə olunan avadanlıq və alətləri yoxlamaq, onların təmiz, saz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Paz, elevator, təhlükəsizlik xamutu, buruq açarları və digər alətlərin düzgün yerləşdirilməsinə və istifadəyə hazır olmasına nəzarət etmək;
- Qazma meydançasının, buruqaltı sahənin və qapalı ərazilərin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Boruların və avadanlıqların yığılması, sökülməsi, qaldırılması və yerləşdirilməsi işlərində iştirak etmək;
- Servis şirkətlərinin avadanlıqlarının qazma meydançasında quraşdırılmasına köməklik göstərmək;
- Qazma məhlulunun hazırlanmasında iştirak etmək, kimyəvi reagentlərlə təhlükəsizlik qaydalarına uyğun işləmək;
- Qazmaçının rəhbərliyi altında qazma avadanlıqlarını yoxlamaq və əməliyyatlarda iştirak etmək;
- Atqıya qarşı və digər quyu nəzarəti avadanlıqlarının quraşdırılması, sökülməsi və yerinin dəyişdirilməsinə köməklik göstərmək;
- Qazma məhlulunun çıxışına və miqdarına nəzarət etmək, dəyişikliklər barədə qazmaçını operativ məlumatlandırmaq;
- Zəruri hallarda qüllə işçisini əvəz etmək və məhlulun hazırlanmasını həyata keçirmək;
- Növbələr üzrə düzgün təhvil-təslimi təmin etmək;
- İş başa çatdıqdan sonra ərazini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş yerlərə qaytarmaq;
- SƏTƏM, ekoloji, nizam-intizam və təhlükəsizlik tələblərinə riayət etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Orta və ya peşə təhsili;
- Müvafiq sahədə və oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
- Qazma avadanlıqları, alətlər, borular və qazma məhlulunun hazırlanması üzrə ilkin praktiki biliklər;
- Kimyəvi reagentlərlə təhlükəsiz işləmə qaydaları üzrə bilik;
- SƏTƏM standartları və iş sahəsində təhlükəsizlik tələbləri barədə məlumatlılıq;
- Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək bacarığı;
- Komandada işləmək, verilən təlimatları düzgün yerinə yetirmək və məsuliyyətli davranmaq bacarığı;
- Nizam-intizamlılıq, çeviklik, operativlik və öyrənməyə açıq olmaq;
- Quruda və ya dənizdə işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.