Quyuların Əsaslı Təmiri üzrə Layihə Mühəndisi (Workover Project Engineer)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Quyuların Əsaslı Təmiri üzrə Layihə Mühəndisi (Workover Project Engineer)

  • Истекает 24 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Quyuların əsaslı təmiri və quyuya müdaxilə layihələrinin mühəndislik və əməliyyat baxımından planlaşdırılmasını həyata keçirmək; 
  • Quyunun tarixçəsi, quyu sxemi, təzyiq məlumatları və digər texniki məlumatları təhlil etmək; 
  • Quyu əsaslı təmir proqramlarının, əməliyyat ardıcıllıqlarının və texniki prosedurların hazırlanmasında iştirak etmək; 
  • Zəruri mühəndislik və hidravlik hesablamaları aparmaq; 
  • Fishing, Milling, Washover, quyu lüləsinin təmizlənməsi,  quyu təzyiqinin idarə edilməsi və quyuya nəzarət (well killing) əməliyyatları, NKB əməliyyatları və digər quyu müdaxiləsi işlərinə mühəndislik dəstəyi göstərmək; 
  • BHA, müdaxilə alətləri, avadanlıq və materialların texniki uyğunluğunu və hazırlıq vəziyyətini yoxlamaq; 
  • Əməliyyatlar üçün tələb olunan avadanlıq, material və xidmətlərin müəyyən edilməsində, satınalma və logistika proseslərinin texniki koordinasiyasında iştirak etmək; 
  • Təchizatçıların texniki təkliflərinin qiymətləndirilməsində iştirak etmək; 
  • Quyu əsaslı təmir əməliyyatları üzrə risklərin qiymətləndirilməsi, JSA/JHA və SIMOPS sənədlərinin hazırlanmasına dəstək göstərmək; 
  • Təzyiq sınaqları və quyu bütövlüyü ilə bağlı fəaliyyətlərdə iştirak etmək; 
  • Əməliyyatların şirkət prosedurlarına, Sifarişçinin tələblərinə, SƏTƏM qaydalarına və tətbiq olunan sənaye standartlarına uyğun həyata keçirilməsinə dəstək göstərmək; 
  • Əməliyyat zamanı yaranan texniki problemlərin və avadanlıq nasazlıqlarının araşdırılmasında iştirak etmək. 

Namizədə tələblər:

  • Neft mühəndisliyi, Qazma mühəndisliyi, Mexanika mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil; 
  • Neft-qaz sənayesində minimum 5 il iş təcrübəsi; 
  • Quyu əsaslı təmir, tamamlama, quyuya müdaxilə, qazma və ya əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi; 
  • Fishing, Milling, Washover, quyunun öldürülməsi və təzyiqə nəzarət əməliyyatları üzrə təcrübə arzuolunandır; 
  • Dənizdə quyu əsaslı təmir və quyuya müdaxilə əməliyyatları üzrə təcrübəyə üstünlük verilir; 
  • Texniki sənədlərlə işləmək və mühəndislik hesablamaları aparmaq bacarığı; 
  • SƏTƏMM tələbləri və quyu bütövlüyü prinsipləri üzrə bilik; 
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily88
  • Weekly608
  • Monthly2320