Vəzifə öhdəlikləri:
- Satınalma sektorunun fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət;
- Layihələr və struktur bölmələr üzrə satınalma tələbatlarının müəyyənləşdirilməsi, satınalma planlarının və təchizat qrafiklərinin hazırlanması;
- Material, avadanlıq və xidmətlər üzrə texniki tələblərin aidiyyəti bölmələrlə dəqiqləşdirilməsi və qiymət sorğularının hazırlanması;
- Yerli və xarici bazarların araşdırılması, alternativ təchizatçı və istehsalçıların müəyyən edilməsi, təchizatçı bazasının yaradılması və yenilənməsi;
- Təkliflərin qiymət, texniki uyğunluq, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisəsinin təşkili;
- Təchizatçı və podratçılarla kommersiya danışıqlarının aparılması, əlverişli qiymət və müqavilə şərtlərinin razılaşdırılması;
- Satınalma sifarişlərinin və müqavilələrin hazırlanmasının əlaqələndirilməsi, təsdiq prosesinin və müqavilə öhdəliklərinin icrasının izlənilməsi;
- Sifarişlərin istehsal, yoxlama, daşınma və təhvil mərhələlərinin izlənilməsi, gecikmə və uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Logistika, anbar, maliyyə və texniki bölmələrlə satınalma proseslərinin əlaqələndirilməsi;
- Satınalma xərclərinin təsdiqlənmiş büdcəyə uyğunluğuna nəzarət və xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi, satınalma risklərinin müəyyən edilməsi və alternativ təchizat imkanlarının təmin olunması;
- Satınalma fəaliyyəti, sifarişlərin vəziyyəti və əldə edilmiş qənaət üzrə hesabatların rəhbərliyə təqdim edilməsi.
Namizədə olan tələblər:
- Satınalma və təchizat sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Neft-qaz, tikinti və ya sənaye layihələri üzrə satınalma təcrübəsi;
- Yerli və beynəlxalq satınalma prosesləri, müqavilə şərtləri və Incoterms üzrə biliklər;
- Texniki spesifikasiyalar və kommersiya təklifləri ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
- Komandanın idarə edilməsi, danışıqların aparılması, analitik düşünmə və operativ qərarvermə bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Satınalma sektorunun müdiri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.