Vəzifə öhdəlikləri
- Yükqaldırma əməliyyatlarını təhlükəsiz və qüvvədə olan prosedurlara uyğun həyata keçirmək;
- Müxtəlif növ yüklərin yüklənməsi, boşaldılması, qaldırılması, daşınması və quraşdırılması işlərində iştirak etmək;
- Yükqaldırma avadanlıq və aksesuarlarının dövri yoxlanılması və sertifikatlaşdırma proseslərini nəzarətdə saxlamaq;
- Yükün çəkisinə və xüsusiyyətlərinə uyğun strop, kanat, zəncir və digər yükqaldırma ləvazimatlarını düzgün seçmək və istifadə etmək;
- Yükqaldırma avadanlıqlarını və ləvazimatlarını istifadədən əvvəl və sonra vizual yoxlamaq;
- Yükqaldırma əməliyyatlarını qüvvədə olan təhlükəsizlik qaydaları və yükqaldırma prosedurlarına uyğun yerinə yetirmək;
- Yükqaldırma avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq;
- Zəruri hallarda müvafiq sertifikat əsasında avtoyükləyicidən (Forklift) istifadə etmək;
- SƏTƏM, əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək;
- Növbə təhvil-təslimini düzgün həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Orta və ya peşə təhsili;
- Müvafiq sahədə və oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
- Yükqaldırma əməliyyatları və yükqaldırma avadanlıqları ilə işləmək üzrə praktiki biliklər;
- Strop, kanat, zəncir və digər takelaj avadanlıqlarından təhlükəsiz istifadə bacarığı;
- SƏTƏM, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydaları üzrə biliklər;
- Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
- Qazma qurğularında təcrübə üstünlükdə;
- Takelajçı (Rigger) sertifikatının olması üstünlükdür;
- Forklift idarəetmə sertifikatının olması üstünlükdür;
- Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.