İş barədə məlumat:
- Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
- Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi və mühasibat uçotunu aparmaq;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
- Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi;
- Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;
- Gündəlik və aylıq hesabatları tərtib etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Minimum 2 il tikinti sahəsində mühasib təcrübəsi olmalı;
- Vergi və Əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını bilməli;
- 1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EFP, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Azərbaycan və Rus dilini bilməli,ingilis dili arzuolunandır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.
İş şərtləri:
- İş günləri: 5 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 -14:00
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
CV-lərin Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib” başlığı yazmaqla göndərilməsi xahiş olunur;
Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır;