İş barədə məlumat:
- Tikinti sahəsində elektrik işlərinin layihəyə, norma və standartlara uyğun icrasına nəzarət etmək.
- Elektrik sistemlərinin (işıqlandırma, güc xətləri, paylayıcı lövhələr və s.) quraşdırılmasını təşkil etmək və icra prosesini izləmək.
- Sahədə elektrik montaj işlərinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək.
- Elektrik avadanlıqlarının düzgün seçilməsi, yerləşdirilməsi və istismar tələblərinə uyğunluğunu təmin etmək.
- Podratçı və briqadaların elektrik işləri üzrə fəaliyyətini koordinasiya etmək.
- Layihə sənədlərini (elektrik sxemləri, planlar, spesifikasiyalar) oxumaq və tətbiq etmək.
- Elektrik materiallarının (kabel, avtomat, şit avadanlıqları və s.) texniki göstəricilərini yoxlamaq və qəbul prosesində iştirak etmək.
- Elektrik işləri üzrə gündəlik sahə yoxlamaları aparmaq və hesabatlar hazırlamaq.
- Nasazlıqların aşkar edilməsi və operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görmək.
- Elektrik sistemlərinin test və yoxlama işlərini (sınaqlar, ölçmələr) həyata keçirmək.
- Təhlükəsizlik qaydalarına (Elektrik təhlükəsizliyi, Əməyin mühafizəsi) ciddi riayət olunmasını təmin etmək.
- Təmir-tikinti işlərinin təhvil-təslim mərhələsində texniki sənədləşmədə iştirak etmək.
Tələblər:
- Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil.
- Tikinti sahəsində elektrik işləri üzrə minimum 2-3 il iş təcrübəsi.
- Elektrik layihələrinin oxunması və sahədə tətbiqi bacarığı.
- Elektrik avadanlıqları, kabel sistemləri və paylayıcı şitlər üzrə biliklər.
- Azərbaycan Respublikasının elektrik norma və təhlükəsizlik qaydalarını bilmək.
- AutoCAD və digər mühəndis proqramlarında işləmək bacarığı arzuolunandır.
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə qabiliyyəti.
- Komanda ilə işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı
İş şərtləri:
- İş yeri: Tikinti sahələri
- Nahar fasiləsi: 13:00 - 14:00
- Vakansiya növü: Tam ştat
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Elektrik mühəndisi” başlığı yazmaqla göndərilməsi xahiş olunur.
Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.