Memar-Dizayner

  • Deadline 6 Sentyabr 2026

Şirkətimiz komandamıza peşəkar, məsuliyyətli və yaradıcı Memar-Dizayner dəvət edir. Əgər memarlıq layihələrinin hazırlanması, interyer və eksteryer həllərinin işlənməsi, həmçinin 3D vizuallaşdırma sahəsində təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq.

Vəzifə öhdəlikləri

  • Memarlıq layihələrinin hazırlanması və texniki həllərin işlənməsi;
  • Memarlıq planlarının, fasad, divar açılışları, kəsik və detal cizgilərinin hazırlanması;
  • Layihələrin qüvvədə olan tikinti norma və standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
  • Mühəndis və konstruktorlarla layihə üzrə koordinasiyanın aparılması;
  • Layihələrin eskiz, işçi və icra (As-Built) mərhələlərinin hazırlanması;
  • Mövcud obyektlərdə ölçü işlərinin aparılması və icra cizgilərinin hazırlanması;
  • 3D modellərin qurulması, vizuallaşdırma və fotorealistik renderlərin hazırlanması;
  • Material seçiminin və ölçülərin düzgünlüyünün təmin edilməsi;
  • Layihə sənədlərinin təsdiq və razılaşdırılması prosesində iştirak;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Namizədə tələblər

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Layihələndirmə və ya tikinti sahəsində minimum 2 il iş təcrübəsi;
  • AutoCAD, Archicad, Revit, Adobe Photoshop, 3Ds Max və Lumion proqramlarında sərbəst işləmək bacarığı;
  • Memarlıq və tikinti norma və standartlarını bilmək;
  • Texniki cizgilərin hazırlanması və oxunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
  • Yaradıcılıq və yüksək estetik zövq.

İş şəraiti

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
  • Maraqlı və müxtəlif layihələrdə iştirak;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Maraqlanan namizədlər CV-lərini və portfoliolarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq mövzu hissəsində “Memar-Dizayner” qeyd etməklə göndərə bilərlər.

  • Daily0
  • Weekly560
  • Monthly577