İnsan Resursları Mütəxəssisi (Əməliyyatlar üzrə)

  • Истекает 19 декабрь 2026

 

Əsas öhdəliklər:

 

·      İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun təşkili;

·      Vakansiya elanlarının hazırlanması və paylaşılması;

·      Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;

·      Yeni işçilərin işə qəbul və adaptasiya prosesinin təşkili, tələb olunan sənədlərin hazırlanması və oriyentasiya proqramının həyata keçirilməsi;

·      İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;

·      İşə qəbul, vəzifə, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsi;

·      İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;

·      ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə işlənilməsi, aktuallığına və məxfiliyinə nəzarəti;

·      Tabellərin doldurulması və əmrlərin hazırlanması;

·      Məzuniyyət cədvəllərinin tərtibi və məzuniyyətlərin verilməsinə nəzarət;

·      Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;

·      İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.

·      İşçilərin İR-la bağlı suallarına cavab verilməsi və problemlərin vaxtında həlli

 

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
  • HR proseslərinin təkmilləşdirilməsi üzrə biliklər;
  • MS Office və yaxşı səviyyədə Exceldə işləmək baqcarığı;
  • Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
  • Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
  • Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
  • Tabellərlə işləmə bacarığı;
  • Məzuniyyət və icazələrin verilməsi, işçilərin gediş-gəliş saatlarının nəzarətində təcrübə;
  • Əmək haqlarının hesablanması və ödənilməsi prosesləri ilə bağlı təcrübə (üstünlükdür)

 

 

  • Daily77
  • Weekly360
  • Monthly1831