ModulX ModulX
  • 583

Planlama üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Planlama üzrə mühəndis

  • Истекает 25 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş barədə məlumat:

  • Tikinti layihələrinin ilkin və detallı zaman qrafiklərinin hazırlanması
  • Layihənin mərhələlər üzrə planlaşdırılması və real vaxtda izlənməsi
  • Layihə planlamasında beynəlxalq standartlara uyğun yanaşmanın tətbiqi
  • Tikinti işlərinin planlaşdırılmış qrafikə uyğunluğunun monitorinqi
  • Gündəlik, həftəlik və aylıq irəliləyiş hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Gecikmə risklərinin təhlili və önləyici tədbirlərin təklif olunması
  • Layihə menecerləri, sahə mühəndisləri və digər komandalarla sıx əməkdaşlıq
  • Tərəfdaşlar və subpodratçılarla iş planlarının uyğunlaşdırılması
  • İş həcminin düzgün planlanması və vaxtında icra üçün dəstəkləyici tədbirlərin görülməsi
  • İşçi qüvvəsi, texnika və materialların optimal planlanması
  • Resurs istifadəsinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi
  • Potensial gecikmə səbəblərinin proqnozlaşdırılması və risklərin idarə olunması
  • EOT (Extension of Time) analizlərinin və gecikmə hesabatlarının hazırlanması
  • Primavera P6, Microsoft Project və digər planlama proqramlarında işləmək
  • BIM, AutoCAD və digər mühəndislik proqramları ilə inteqrasiya imkanlarının araşdırılması
  • Layihənin texniki sənədlərinə və tikinti normalarına uyğun planlaşdırılmasının təmin edilməsi
  • Planlama prosesində müvafiq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğun təmin edilməsi
  • Layihə çərçivəsində edilən dəyişikliklərin qrafikə və büdcəyə təsirinin təhlili
  • Dəyişikliklərin sənədləşdirilməsi və qrafik yenilənmələrinin aparılması

Tələblər:

  • Tikinti mühəndisliyi, inşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Tikinti sahəsində, xüsusilə planlama və layihə idarəetməsi üzrə minimum 3-5 il iş təcrübəsi
  • Primavera P6 və Microsoft Project proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  • AutoCAD, Excel və digər texniki proqramlarla işləmə bacarığı
  • Layihə planlaması, iş qrafikləri (schedules), resurs planlaması və proqress hesabatlarının hazırlanmasında təcrübə
  • Tikinti sahəsində beynəlxalq standartlar (PMI, FIDIC və s.) barədə biliklər
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı
  • Vaxtın idarə olunması və prioritetləşdirmə qabiliyyəti
  • Komanda ilə işləmə və koordinasiya bacarığı
  • Güclü kommunikasiya və təqdimat bacarığı
  • EOT (Extension of Time), risk təhlili və layihə dəyişikliklərinin idarə olunması üzrə təcrübə üstünlükdür
  • Azərbaycan dilində sərbəst, ingilis və ya rus dillərindən birini bilmək üstünlük sayılır

İş şərtləri:

  • İş günləri: 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 -14:00
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

CV-lərin elektron poçt ünvanına mövzu yerində "Planlama üzrə mühəndis” başlığı yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily133
  • Weekly241
  • Monthly1818