Qrafik Dizayner

  • Deadline 17 October 2026

Əsas vəzifə öhdəlikləri

1.    Kreativ dizaynların hazırlanması

  • Tələblərə uyğun kreativ və orijinal qrafik dizayn konsepsiyaları hazırlamaq;
  • Reklam materialları, sosial media postları, bannerlər, təqdimatlar, infoqrafikalar və digər vizual kommunikasiya materialları yaratmaq.

 

 

2. Dizayn konsepsiyalarının hazırlanması və redaktəsi

  • Layihələr üçün ilkin dizayn konsepsiyaları və vizual təkliflər hazırlamaq;
  • Texniki və kreativ tələbləri nəzərə alaraq dizaynları yekunlaşdırmaq;
  • Hazırlanan materialların keyfiyyətinə, kompozisiyasına və dizayn standartlarına nəzarət etmək;
  • Müəyyən edilmiş brend qaydalarına və layihə standartlarına riayət etmək.

 

3. İllüstrasiya və vektor qrafikası

  • Orijinal illüstrasiyalar və vektor qrafikaları hazırlamaq;
  • Layihənin məqsəd və konsepsiyasına uyğun fərdi vizual elementlər yaratmaq;
  • Çap və rəqəmsal platformalar üçün uyğun formatlarda qrafik materiallar hazırlamaq.

 

4. Dizayn proqramlarından istifadə

  • Adobe Creative Cloud proqramlarında, xüsusilə Adobe Photoshop, Illustrator və InDesign proqramlarında peşəkar səviyyədə işləmək;
  • Zərurət olduqda Adobe After Effects, Premiere Pro və digər dizayn/motion proqramlarından istifadə etmək;
  • Dizayn prosesində müasir rəqəmsal alət və texnologiyalardan effektiv yararlanmaq.

 

5. Trendlərin və innovasiyaların izlənilməsi

  • Qrafik dizayn və vizual kommunikasiya sahəsində aktual trendləri izləmək;
  • Yeni dizayn yanaşmalarını, texnologiyaları və alətləri araşdırmaq və iş prosesində tətbiq etmək;
  • Kreativ yanaşmaları daim inkişaf etdirmək və layihələrə yeni ideyalar qazandırmaq.

 

Namizədə olan tələblər

 

·      Qrafik dizayn və ya əlaqəli sahədə 2–3 il iş təcrübəsi;

·      Adobe Photoshop, Illustrator və InDesign proqramlarında peşəkar işləmə bacarığı;

·      Güclü yaradıcı düşüncə, vizual zövq və kompozisiya anlayışı;

·      Detallara diqqət və nəticəyönümlü yanaşma;

·      Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;

·      Müasir dizayn trendlərini izləmək və tətbiq etmək;

·      Web dizayn, UI/UX və motion design üzrə təcrübə üstünlükdür;

·      Portfolio təqdim edilməsi tələb olunur.

  • Daily80
  • Weekly594
  • Monthly1686