Əsas vəzifələri:
- Sahədə aktiv müştəri axtarışı və potensial müştərilərin cəlb edilməsi;
- Ərazi üzrə sahibkarlıq subyektlərini araşdırmaq, potensial müştərilərlə görüşlər keçirmək və yeni müştəri bazası formalaşdırmaq;
- Mikro biznes kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək.
- Müştərilərlə danışıqlar aparmaq.
- Müştəri şəbəkəsinin genişləndirilməsi;
- Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
- Mikro kreditlər üzrə sifarişləri qəbul etmək, bankın daxili prosedur və qaydalarına uyğun sənədləri toplamaq və kreditləri rəsmiləşdirmək.
- Mikro kreditlərin təhlilini aparmaq, maliyyə hesabatlarını hazırlamaq və girovun qiymətləndirilməsi üçün ilkin monitorinq keçirmək.
- Aylıq satış planlarını yerinə yetirmək.
Tələb olunan keyfiyyətlər:
- Kreditlərlə bağlı biliklər və təcrübə.
- Təhlil etmə və ünsiyyət qurma bacarığı.
- Analitik düşünmə qabiliyyəti.
- Müştəri ilə işləmək bacarığı.
- Komanda ilə işləmək bacarığı.
- Azərbaycan dili mükəmməl səviyyədə.
Xüsusi tələblər
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 22-35
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti
İş şəraiti:
- Əmək haqqı: 400 AZN
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Mikro biznes kreditləri üzrə Təcrübə proqramı (Bakı,Xırdalan,Sumqayıt)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ü̈nvanına göndərməkləri xahiş olunur.