Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;
- Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
- SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
- Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə olunması;
- Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
- Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması;
- Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək;
- Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək;
- Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək;
- Satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq;
- Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi
- PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
- Marketinq komandasını peşəkarcasına idarə etmək və kreativ mühit yaratmaq;
- Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı – Namizədin bilik və bacarıqların asılı olaraq razılaşma əsasında
Xüsusi tələblər:
- Bazar dinamikası, müştəri ehtiyacları və mövqeləndirmə üzrə güclü anlayış
- Brend, mesajlaşma və təqdimat keyfiyyəti üzrə inkişaf etmiş zövq
- Güclü təşkilatçılıq bacarıqları və eyni anda bir neçə layihəni idarə etmək qabiliyyəti
- Dizayn proseslərini yönləndirə biləcək vizual və kreativ baxış
- Yüksək görünürlüyə malik və ya sürətli tempdə həyata keçirilən layihələrdə təcrübə üstünlükdür
Tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Marketinq menecer/rəhbər üzrə ən azı 3 il iş təcrübəsi;
- Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı;
- Biznes danışıqları aparmaq bacarığı;
- Marketinq plan və büdcə hazırlama bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dili mükəmməl bilməli, Rus dili arzuolunandı;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı;
- Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli;
- Stratejik düşünmə və analitika bacarığı;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Marketinq Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.