Monetri BOKT MMC-də satış sahəsində karyerasını qurmaq istəyən, Bakı, Quba, Cəlilabad, İmişli, Şamaxı, Sumqayıt şəhərində yaşayan ali təhsilini yeni başa vurmuş, enerjili və inkişaf yönümlü gənclər üçün ödənişli Təcrübə Proqramı elan olunur.
Bu proqram, maliyyə və satış sahəsində ilkin baza bilikləri formalaşdırmaq, real təcrübə qazanmaq və gələcəkdə tam ştatla işə qəbul olmaq üçün mükəmməl bir fürsətdir.
Vakansiyanın təsviri
- Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Təcrübə dövründə:
- Əmək haqqı – 200 AZN+bonus
Xüsusi tələblər:
- Təlimlərdə aktiv iştirak və öyrəndiklərini tətbiq etmək;
- Təlimçi və mentorlarla interaktiv şəkildə işləmək;
- Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək
- Komandada işləmə və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı
- Ali təhsil və ya orta ixtisas təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Təcrübə Proqramı (Satış Məsləhətçisi)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.