Motor Clinic MMC kassir vəzifəsi üzrə peşəkar işçi axtarır!
Namizədə tələblər:
- Bəy namizədlər
- Minimum 2 il kassir və ya maliyyə sahəsində iş təcrübəsi
- 1C proqramını yüksək səviyyədə bilmək MÜTLƏQDİR
- POS-terminal ilə işləmə bacarığı (kart ödənişləri, qaytarma əməliyyatları və s.)
- Nağd və qeyri-nağd ödənişlərin düzgün idarə olunması
- Riyazi hesablamalarda dəqiqlik və sürət
- Məsuliyyətli, diqqətli və dürüst olmaq
- Komanda ilə işləmə bacarığı
- Stressə davamlılıq və operativ qərarvermə
Vəzifələr:
- Müştərilərdən kart ödənişlərinin qəbulu
- 1C proqramında satış və kassa əməliyyatlarının düzgün aparılması
- Kassa qalığının gündəlik yoxlanılması və hesabatların hazırlanması
- POS-terminal vasitəsilə əməliyyatların icrası
- Maliyyə sənədlərinin düzgün rəsmiləşdirilməsi
- Gün sonu kassa bağlanışı və hesabatın təqdim olunması
İş şəraiti:
- İş qrafiki: (6 gün)
- Maaş: 1000 AZN
- Stabil və uzunmüddətli iş imkanı
Ünvan: Nizami r-nu, B.Çobanzadə 30D (Oskar şadlıq sarayın arxası)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.