Çilingər

  • Deadline 6 December 2026

Motor Clinic MMC minik avtomobillərinin təmiri və texniki xidməti sahəsində təcrübəli, peşəkar və işinə məsuliyyətlə yanaşan Çilingər axtarır.

Vəzifə öhdəlikləri:

  • Minik avtomobillərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Mexaniki hissələrin təmiri və zərurət olduqda dəyişdirilməsi;
  • Avtomobillərə texniki baxışın keçirilməsi və profilaktik işlərin görülməsi;
  • Təmir avadanlıqlarından düzgün və təhlükəsiz istifadə edilməsi;
  • Görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizlik qaydalarına riayət olunması.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
  • Avtomobillərin mexaniki sistemləri üzrə texniki bilik və praktiki bacarıqlar;
  • Nasazlıqları düzgün müəyyən etmək və aradan qaldırmaq bacarığı;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Komandada işləmək bacarığı;
  • İşinə ciddi və peşəkar yanaşmaq.

İş şəraiti:

  • İş qrafiki: 09:00–18:00;
  • İş günləri: Həftədə 6 gün;
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə;
  • Stabil iş yeri və normal iş şəraiti.

Müraciət qaydası:

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:

E-mail: [email protected][email protected]

  • Daily6
  • Weekly583
  • Monthly584