Mövenpick Hotel Winter Park Baku komandamıza qoşulmaq üçün məsuliyyətli, diqqətli və işinə həvəslə yanaşan namizədləri Otaq qulluqçusu vəzifəsinə dəvət edir!
Əsas vəzifə öhdəlikləri:
- Otel otaqlarının və sanitar qovşaqlarının müəyyən edilmiş standartlara uyğun təmizlənməsi;
- Otaqlarda təmizlik, səliqə və gigiyenanın təmin edilməsi;
- Otaqlardakı ləvazimatların yoxlanılması və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
- Otelin xidmət və keyfiyyət standartlarına riayət edilməsi;
- Qonaqlara nəzakətli və peşəkar münasibətin göstərilməsi.
Namizədə tələblər:
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Təmizlik və gigiyena qaydalarına riayət etmək;
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Biz nə təklif edirik?
- Beynəlxalq otel mühitində iş təcrübəsi;
- Peşəkar inkişaf imkanları;
- Nahar və iş forması ilə təminat.
Əlaqə - 050 251 70 12
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Ünvan: Mövenpick Hotel Winter Park Baku
Komandamıza qoşulun və qonaqlarımıza yüksək xidmət təcrübəsi təqdim etməyimizə töhfə verin!