İşin qısa təsviri:
- Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin hazırlanması, vəzifə təlimatlarının, iş təlimatlarının imzalanması, elektron sistemə bildirişləri daxil etmək, icbari sığorta məlumatlarını yeniləmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və tam məlumatı təqdim etmək.
- İşə qəbul, işdən azad edilməsi, məzuniyyət,ezamiyyət və digər ƏMR-lərin hazırlanması və maliyyə departamentinin məlumatlandırılması
Tələblər:
- Ali təhsil
- Azərbaycan Respublikası Əmək Məcəlləsi biliyi
- Sahə üzrə 1 il iş təcrübəsi
Qeyd: Vakansiya müvəqqətidir və analıq məzuniyyətinə çıxan əməkdaşın işə qayıdışına qədər olan dövrü əhatə edəcəkdir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.