Müəssisənin maliyyə əməliyyatlarının uçotu:
- İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotunu aparmaq.
- Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq.
- İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək.
Maliyyə və istehsalat proseslərinin əlaqələndirilməsi:
- İstehsalat həcminə və proseslərinə uyğun olaraq maliyyə planlarını tərtib etmək.
- İstehsalat bölməsi ilə sıx əməkdaşlıq edərək istehsal olunan məhsulların maya dəyərini hesablamaq.
- Xammal alışları, istehsalat xərcləri və satış nəticələri üzrə məlumatları toplamaq və maliyyə hesabatlarına daxil etmək.
Maya dəyərinin hesablanması və təhlili:
- İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək.
- Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək.
- Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək.
Tələblər:
- Təhsil və ixtisas: Ali iqtisadi və ya maliyyə təhsili (mühasibat uçotu, maliyyə və audit sahəsində ixtisas);
- Təcrübə: istehsalat müəssisəsində ən azı 2 il iş təcrübəsi;
- Mikro proqramını bilmək;
- Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli;
- Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı;
- Analitik düşüncəyə malik olmalı;
- Azərbaycan və Rus dillərini bilməli.
İş şəraiti:
- İş saatları: 08:30-17:30
- İş günləri: həftədə 5 gün
- Şirkət tərəfindən naharla təmin edilmə
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
- Əmək haqqı 1300 AZN
- İş yeri: Binəqədi-Xırdalan şössesi 7, müvəqqəti olaraq 1 aylıq Xətai prospekti 43a ünvanındakı ofis
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni e-mail ünvanına mövzu yerində “İstehsalat üzrə mühasib” yazaraq göndərə bilərlər.