İş yeri - Bakı, Azərbaycan
Məsuliyyət - Xərcləri və riskləri minimuma endirərkən məhsul və ya xidmətlərin müştəri tələblərinə cavab vermək üçün səmərəli şəkildə əldə edilməsini və çatdırılmasını təmin etmək
Birbaşa tabeçilik - Satış/Satınalma üzrə grup rəhbər, Direktor
İş öhdəlikləri
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
- Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi
- Tender və kotirovka protokollarının hazırlanması
- Ticarət tərəfdaşlarına sifariş verməklə gündəlik əməliyyatları idarə etmək
- Potensial təchizatçıların araşdırılması və müəyyənləşdirilməsi
- Satınalma sifarişlərinin hazırlanması
- Müştərilərlə danışıqlar / müştəri xidməti
Tələblər:
- Ali təhsil
- Təchizat zənciri (satınalma və logistika) əməliyyatları, satış əməliyyatları, məsləhət və ya analitika sahəsində 3+ illik müvafiq təcrübə
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə biliyi
- Microsoft Office proqramlarını
- Qabaqcıl MS Excel bacarıqları
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.