Müstəqil Tədris Mərkəzi Müstəqil Tədris Mərkəzi
  • 270

Müstəqil Tədris Mərkəzi

Education , Training & Professional Development

Azərbaycan dili Müəllimi

  • Deadline 14 July 2026

Tələbələrə uyğun vakansiya!

İş şəraiti

Format: Tam onlayn (distant), videoəlaqə

İş rejimi: Dərs cədvəlinə uyğun

Tədris dili: Azərbaycan dili

Əmək haqqı: Faiz əsaslı gəlir modeli

 

Hansı müəllimi axtarırıq

Azərbaycan dilini uşaqlara sadə dildə izah edən və onlayn dərsdə şagirdin diqqətini saxlamağı bacaran müəllim axtarırıq. 3-8-ci siniflərlə işləmək, monitorinq və lisey qəbul imtahanlarına hazırlıq təcrübəsi olanlara üstünlük veririk.

 

Əsas vəzifələr

•    3-8-ci sinif şagirdlərinə onlayn Azərbaycan dili dərslərinin keçirilməsi

•    4-cü və 6-cı sinif monitorinq imtahanına hazırlıq

•    Lisey və gimnaziyaların qəbul imtahanına hazırlıq

•    Qrammatika, oxu və yazı bacarıqları üzrə dərslərin aparılması

•    Dərs materiallarının və tapşırıqların hazırlanması

•    Şagirdlərin irəliləyişinin izlənməsi və valideynlərə müntəzəm məlumat verilməsi

 

Tələblər

•    20-23 yaş bakalavr və ya magistr tələbəsi (Azərbaycan dili və ədəbiyyatı və ya filologiya ixtisası mütləqdir)

•    İbtidai və orta sinif Azərbaycan dili proqramına yaxşı bələdlik

•    Onlayn dərs üçün sabit internet, mütləq kompüter

•    Zoom və ya Google Meet, eləcə də rəqəmsal lövhə ilə işləmək bacarığı

•    Uşaqlarla səbirli və aydın ünsiyyət

•    Tədris təcrübəsi üstünlükdür; təcrübəsi az olan güclü namizədlərə də baxılır

 

Müraciət

Maraqlanan namizədlər CV-lərini “Müraciət et” düyməsində qeyd olunan formu doldurub göndərə bilərlər. Mövzu hissəsində “Azərbaycan dili Müəllimi” yazın.

  • Daily1
  • Weekly310
  • Monthly1755