Tələbələrə uyğun vakansiya!
İş şəraiti
Format: Tam onlayn (distant), videoəlaqə
İş rejimi: Dərs cədvəlinə uyğun
Tədris dili: Azərbaycan dili
Əmək haqqı: Faiz əsaslı gəlir modeli
Hansı müəllimi axtarırıq
Azərbaycan dilini uşaqlara sadə dildə izah edən və onlayn dərsdə şagirdin diqqətini saxlamağı bacaran müəllim axtarırıq. 3-8-ci siniflərlə işləmək, monitorinq və lisey qəbul imtahanlarına hazırlıq təcrübəsi olanlara üstünlük veririk.
Əsas vəzifələr
• 3-8-ci sinif şagirdlərinə onlayn Azərbaycan dili dərslərinin keçirilməsi
• 4-cü və 6-cı sinif monitorinq imtahanına hazırlıq
• Lisey və gimnaziyaların qəbul imtahanına hazırlıq
• Qrammatika, oxu və yazı bacarıqları üzrə dərslərin aparılması
• Dərs materiallarının və tapşırıqların hazırlanması
• Şagirdlərin irəliləyişinin izlənməsi və valideynlərə müntəzəm məlumat verilməsi
Tələblər
• 20-23 yaş bakalavr və ya magistr tələbəsi (Azərbaycan dili və ədəbiyyatı və ya filologiya ixtisası mütləqdir)
• İbtidai və orta sinif Azərbaycan dili proqramına yaxşı bələdlik
• Onlayn dərs üçün sabit internet, mütləq kompüter
• Zoom və ya Google Meet, eləcə də rəqəmsal lövhə ilə işləmək bacarığı
• Uşaqlarla səbirli və aydın ünsiyyət
• Tədris təcrübəsi üstünlükdür; təcrübəsi az olan güclü namizədlərə də baxılır
Müraciət
Maraqlanan namizədlər CV-lərini “Müraciət et” düyməsində qeyd olunan formu doldurub göndərə bilərlər. Mövzu hissəsində “Azərbaycan dili Müəllimi” yazın.