Əsas Vəzifələr və Məsuliyyətlər
- Müəssisənin maliyyə əməliyyatlarını və bütün gəlir və xərcləri mühasibat sistemində düzgün qeydə almalıdır.
- Maliyyə hesabatlarının hazırlanması üçün lazımi məlumatların toplanması və sistematlaşdırılması.
- Mühasibat uçotu və hesabatların aparılmasında beynəlxalq və yerli qanunvericiliyə uyğunluğun təmin edilməsi.
- Vergi öhdəliklərinin düzgün və vaxtında hesablanması, bəyannamələrin hazırlanması və təqdim edilməsi.
- Vergi ödəmələrinin izlənilməsi və vergi auditlərinin həyata keçirilməsi.
- Vergi qanunvericiliyi və dəyişikliklər barədə məlumatlı olmaq və müəssisəni bu sahədə düzgün istiqamətləndirmək.
- Müəssisənin maliyyə vəziyyətini əks etdirən hesabatların hazırlanması üçün mühasibatlıq göstəricilərinin düzgünlüyünü təmin etmek.
- Əmək haqqının, mükafatların və digər sosial təminatların düzgün hesablanması və ödənilməsi.
- İşçilərin və dövlətin sosial sığorta ödənişlərinin düzgün şəkildə hesablanması və təqdim edilməsi.
- Rəhbərliyə maliyyə məlumatları ilə bağlı mütəmadi hesabatlar vermək.
Təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil.
İş Təcrübəsi: Mühasibatlıq sahəsində ən azı 3-5 il təcrübə.
Bilik və Bacarıqlar:
- Mühasibatlıq, maliyyə və vergi qanunvericiliyi haqqında geniş biliklər.
- Mühasibat proqramları (1C, SAP və s.) ilə işləmə bacarığı.
- Microsoft Office (xüsusilə Excel) proqramlarını istifadə etmə bacarığı.
Dil Bilikləri:
- Azərbaycan dili — əla.
- Rus dili və ya ingilis dili — arzuolunandır.
Əmək haqqı: 1400 man
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını poçt ünvanına mövzu hissədə vakansiya adını qeyd edərək göndərə bilərlər.