Qeyd: Zəhmət olmasa CV göndərərkən Word və ya PDF formasında olmasına diqqət edin. Əks halda CV-lərə baxılmayacaq.
Vəzifə öhdəlikləri:
- Nəqliyyat parkının gündəlik idarə olunması, avtomobillərin bölgüsü və istifadəsinə nəzarət
- Yanacaq sərfiyyatının uçotu və xərclərin optimallaşdırılması
- Texniki baxış, planlı və plansız təmir işlərinin təşkili
- Sığorta müqavilələrinin vaxtında yenilənməsinə nəzarət
- Avtomobillərin tərəfdaş şirkətlərə icarəyə verilməsi prosesinin idarə olunması
- Sürücülərin işinin təşkili və nəzarəti
- Servis mərkəzləri, sığorta şirkətləri və təchizatçılarla əlaqələrin qurulması
- Hər avtomobil üzrə xərc uçotu və aylıq hesabatların hazırlanması
- Parkın genişlənməsi üçün təkliflərin hazırlanması
Tələblər:
- Fleet idarəçiliyi və ya oxşar sahədə ən azı 3 il təcrübə
- Avtomobillərin texniki xidməti və təmiri üzrə əsas biliklər
- Xərc uçotu və hesabatlılıq bacarığı
- MS Excel-də sərbəst işləmə bacarığı; fleet idarəetmə sistemləri ilə iş təcrübəsi üstünlükdür
- Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı səviyyədə bilmək
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Məsuliyyətlilik, təşkilatçılıq və danışıqlar aparmaq bacarığı
İş şəraiti
- Əmək haqqı (müsahibə nəticəsində)
- İş qrafiki: Həftə içi
- Iş Saat: 09:00–18:00
- İş yeri- Badamdar Mikayıl Müşfiq 1C
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.