“Nardaran İnvest” Housekeeping Koordinator vakansiyasını elan edir:
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Housekeeping şöbəsinin gündəlik iş fəaliyyətinin planlaşdırılması və koordinasiyasını həyata keçirmək;
- Təmizlik heyətinin iş qrafikini tərtib etmək və icrasına nəzarət etmək;
- Otaqların, ümumi sahələrin və xidməti zonaların müəyyən olunmuş standartlara uyğun təmizliyini təmin etmək;
- Təsərrüfat və təmizlik ləvazimatlarının anbar uçotunu aparmaq, vaxtında sifarişlərin verilməsini təmin etmək;
- İtki, zərər və qənaət göstəricilərinə nəzarət etmək;
- Yeni işçilərin adaptasiya prosesində iştirak etmək və iş bölgüsünü həyata keçirmək;
- Digər şöbələrlə (Resepsiya, Texniki xidmət, Təhlükəsizlik,İnsan Resursları və s.) koordinasiyalı şəkildə işləmək;
- Gündəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əmək intizamı, daxili qaydalar və təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət etmək;
- Qonaq şikayət və təkliflərini operativ şəkildə araşdırmaq və həllini təmin etmək;
Tələblər:
- Müvafiq sahədə (təsərrüfat, logistika, inzibati işlər) minimum 2-3 il iş təcrübəsi;
- Mühasibat və anbar uçotu üzrə biliklər;
- Komanda ilə işləmə və koordinasiya bacarığı;
- Məsuliyyətli və təşəbbüskar yanaşma;
- MS Office (xüsusilə Excel) proqramlarında yüksək səviyyədə bilik;
- Səlahiyyətli qərar qəbul etmə və vaxt idarəsi bacarıqları;
Əlavə məlumat:
- İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərə bilərlər: