N Nardaran İnvest
  • 1.3K

Nardaran İnvest

İnsan resursları üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları üzrə aparıcı mütəxəssis

  • Deadline 5 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

 

Vəzifə öhdəlikləri:

  • İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
  • Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq (öncəki iş təcrübəsində bu kimi keyfiyyətlərin tətbiq edilməsi üstünlükdür);
  • Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,);
  • Vəzifə təlimatlarının hazırlanması;
  • İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu dəvamiyyət tabellərinin hazırlanaraq (1C, excel) mühasibatlığa təhvil verilməsi;
  • Şəxsi işlərin yaradılması və saxlanılması;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Əmək müqavilələrinin və əmrlərin, vəzifə təlimatlarının,əmək kitabçalarının yazılması;
  • Xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-qəbul aktlarının, xitamlarının yazılması;
  • Əmək haqqı kartlarının açılması və sifarişi;
  • Arayışların və etibarnamələrin yazılması;
  • E-gov.az-da əməliyyatların aparılması;
  • İşlərin əmək qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi;
  • İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, təhsil, analıq və öz hesabına məzuniyyətlərin verilməsi,istifadə edilməmiş məzuniyyətlərin kompensasiya edilib verilməsi;
  • Ümumi şirkət üzrə məzuniyyət qrafikinə nəzarət, son haqq hesabların, kompensasiyaların hesablanması;
  • Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
  • Məktubların yazılması, göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması, skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət olunması.

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
  • Yalnız kişi namizədlər;
  • AR Əmək qanunvericiliyinin əsaslarını əla səviyyədə bilməli;
  • Sahə üzrə sertifikatlar üstünlükdür;
  • Komanda daxilində işləmək bacarığı;
  • Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması;
  • ƏMAS, 1C(8.3) və Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə aktivlik nümayiş etdirilməsi;
  • Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi;
  • Operativ düşünmə və problemləri həll etmə bacarıqları;
  • Zamanın düzgün şəkildə idarəolunması;
  • Məsuliyyət, nizam-intizamlı olunması;
  • Əmək haqqı - namizədin bilik və bacarığına görə təyin olunacaqdır.

İş şəraiti:

  • AR ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə;
  • İş günləri: Həftənin 5 günü;
  • İş vaxtı: 09:00-18:00;
  • Ünvan: Sea Breeze Resort / Nardaran qəsəbəsi;
  • Xidməti avtobus və yemək şirkət tərəfindən təmin edilir.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər

  • Daily30
  • Weekly680
  • Monthly2521