Əsas vəzifələr:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı və dolğun məlumat verilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
- Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib edilməsi;
- Ödəniş kartları üzrə əməliyyatların aparılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər qiymətlilərin filial direktorunun iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurulması;
- Gün ərzində hazırlanmış sənədlərin müvafiq qaydada arxivləşdirilməsi;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icra edilməsi.
Namizədə dair tələblər:
- Ali iqtisadi təhsil;
- Əməliyyatçı-kassir, əməliyyatçı və ya kassir vəzifəsində minimum 1 il iş təcrübəsi;
- MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
- Müştəri xidməti və kassa əməliyyatları ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, müştəri xidməti və kassa əməliyyatları ilə əlaqədar Mərkəzi Bankın normativ aktları);
- Komandada və müştərilərlə işləmək bacarıqları;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır.
İş şəraiti:
- AZ1032, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç. 1B
- Həftə içi 5 iş günü, 09:00–18:00
- Əmək haqqı: razılaşma əsasında
Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-kassir) göstərməyiniz xahiş olunur.