N Naxçıvan Tikiş ASC

Naxçıvan Tikiş ASC

Sənaye

Modelyer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Modelyer

  • Deadline 20 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Naxçıvan Tikiş ASC komandamıza peşəkar və yaradıcı yanaşmaya malik Modelyer axtarır.

Vəzifə öhdəlikləri:

  • Yeni geyim modellərinin hazırlanması və eskizlərinin tərtib edilməsi;
  • Model üzrə lekal və ölçü cədvəllərinin hazırlanması;
  • Nümunə məhsulların hazırlanması prosesinə nəzarət edilməsi;
  • Modellərin istehsalata uyğunlaşdırılması və texniki sənədlərin hazırlanması;
  • Parça, aksesuar və tikiş texnologiyasına uyğun model həllərinin hazırlanması;
  • İstehsalat şöbəsi ilə koordinasiyalı işləyərək model üzrə düzəlişlərin aparılması;
  • Mövcud modellərin təkmilləşdirilməsi və yeni kolleksiyalar üzrə təkliflərin verilməsi.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (tekstil, geyim dizaynı, modelyerlik və ya müvafiq sahə üzrə);
  • Modelyer və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
  • Geyim konstruksiyası, lekal hazırlığı və tikiş texnologiyası üzrə biliklər;
  • Texniki eskizlərin hazırlanması bacarığı;
  • Modelyer proqramlarında işləmək bacarığı (Gerber, Lectra, AutoCAD və s.) üstünlükdür;
  • Parça və tikiş materiallarının xüsusiyyətləri barədə bilik;
  • Diqqətlilik, kreativ yanaşma və məsuliyyətlilik;
  • Komandada işləmək və operativ qərarvermə bacarığı.

Biz təklif edirik:

  • Stabil və perspektivli iş mühiti;
  • Peşəkar inkişaf imkanları;
  • Müasir istehsalat şəraitində çalışma imkanı;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.

İş yeri: Naxçıvan Muxtar Respublikası  

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə - 051 225 58 75

  • Daily1
  • Weekly418
  • Monthly1802