Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil;
 - Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
 - Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili (mütləq);
 - İş təcrübəsi: 1 ildən az olmayaraq iş stajı;
 - Problem həll etmə bacarığı;
 - Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
 - Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;
 - Qadın namizətlərinə üstünlük verilir.
 
Vəzifə öhdəlikləri:
- Qonaqların (və ya müştərilərin) qarşılanması;
 - Direktorun görüş cədvəllərini tərtib etmək və izləmək;
 - Rəsmi yazışmaları hazırlamaq və göndərmək;
 - Daxil olan zənglərin zamanında cavablandırılması və biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
 - E-mail və məktubların qəbulu, tərtibi, cavablandırılması və göndərilməsi;
 - Direktor tərəfindən verilən digər tapşırıqların icrası.
 
İş şəraiti
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
 - İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
 - Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Direktor köməkçisi" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.