NBA Technologies International LLC NBA Technologies International LLC

Elektronçu

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektronçu

  • Истекает 3 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə dair tələblər:

  • Elektronika, elektrotexnika və ya müvafiq sahə üzrə təhsil;
  • Kompüter bilikləri: MS Office basic səviyyədə bilinməsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
  • Elektron cihazların təmiri üzrə minimum 2–3 il iş təcrübəsi (üstünlükdür);
  • Diaqnostika və ölçü cihazları ilə işləmə bacarığı; 
  • Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı; 
  • Yeni texnologiyaları öyrənməyə maraq.

Vəzifə öhdəlikləri:

  • Elektron cihazların diaqnostikası və təmiri; 
  • Nasazlıqların aradan qaldırılması və ehtiyat hissələrinin dəyişdirilməsi;
  • Elektron avadanlıqların profilaktik və cari texniki xidmətinin həyata keçirilməsi;
  • Quraşdırma, sazlama və test işlərinin icrası; 
  • Təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunması.

İş şəraiti:

  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00 
  • İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza 
  • Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Elektronçu" adını qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily0
  • Weekly0
  • Monthly384