Namizədə dair tələblər:
- Bəy namizəd
- Kompüter bilikləri: MS Office proqramları;
- Dil bilikləri: Azərbaycan və Rus dili səlis bilməsi;
- İş təcrübəsi: Mühafizə sahəsində azı 1 il təcrübə;
- Stresə davamlı, fiziki cəhətdən sağlam, məsuliyyətli, işində çevik və dəqiq olması;
- Təhlükəsizlik sistemləri ilə işləmə bacarığı üstünlük verilir;
- Komandada işləmək, problem həll etmə bacarıqları;
- Fikrini aydın ifadə etmə və səlis danışıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Gələn müştərilərin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatının aparılması;
- İşçilər və müştərilər üzrə giriş-çıxış prosesinə nəzarət edilməsi;
- Müştərilərlə nəzakətli davranmaq və onların suallarını ilkin səviyyədə yönləndirmək;
- Təhlükəsizlik pozuntuları, texniki nasazlıqlar və ya şübhəli hallarla bağlı dərhal rəhbərliyə məlumat verilməsi;
- Ofisdə təhlükəsizlik və daxili nizam-intizam qaydalarının qorunması.
İş şəraiti
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
- Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.