Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: MS Office basic səviyyədə bilinməsi.,
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır),
- İş təcrübəsi: müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı,
- Stresə davamlı, punktual, məsuliyyətli, ünsiyyətcil, kreativ ideyalı, işində çevik və dəqiq olması,
- Komandada işləmək, problem həll etmə, araşdırma (research), öyrənmə bacarıqları;
- Ünsiyyət qurma və müştərilərlə işləmək bacarığı;
- Fikrini aydın ifadə etmə və səlis danışıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Müştərilərlə daim əlaqədə olmaq və yeni müştəriləri cəlb etmək;
- Satış planlarını yerinə yetirmək və satış hədəflərinə çatmaq;
- Müştərilərə məhsul və xidmətlər haqqında ətraflı məlumat vermək;
- Gələn sorğulara operativ cavab vermək və sifarişləri qəbul etmək;
- Məhsulların müəyyən olunmuş ərazi üzrə satışının təşkil edilməsi (broşur və bukletlərin təqdim edilməsi və məhsullar haqqında qısa məlumatın bildirilməsi);
- Yeni müştərilərə “soyuq” zənglərin edilməsi və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Mövcud müştərilərə əlavə məhsul və xidmətləri təklif etmək;
- Təyin olunmuş satış hədəflərinə çatılmasını təmin etmək,
- Satış prosesinin sənədləşdirilməsi və hesabatların hazırlanması.
İş şəraiti
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
- Əmək haqqı: əmək haqqı + bonus (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.