Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili (mütləq);
- İş təcrübəsi: 2 ildən az olmayaraq iş stajı (hovuz məhsulları satışı üzrə təcrübəsi olan).
- Səlis danışıq qabiliyyəti, Qrammatik yazı yazma bacarığı;
- Stresə davamlı, Punktual, məsuliyyətli, ünsiyyətcil, kreativ ideyalı, işində çevik və dəqiq olması.
- Komandada işləmək, problem həll etmə, araşdırma (research), öyrənmə bacarıqları;
- Reklam materiallarının istifadə qaydası üzrə biliklər;
- Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
- Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
- Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
- Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin təklif etdiyi məhsul və xidmətin inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
- Daim yeni axtarışlar etmək, şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar rəhbərinə hesabatlar təqdim etmək;
- Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması;
- Hesabatların hazırlanması,
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq planlama və proseslərin təhlili
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis (hovuz üzrə)" adını qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.