Vəzifə öhdəlikləri:
- Qanunvericilikdəki dəyişikliklərin (vergi, əmək, kreditləşmə sahələri) izlənilməsi və daxili sənədlərin – siyasət, metodika və təlimatların – yenilənməsi.
- Nəzarət və qeydiyyat orqanları ilə iş: bildirişlərin hazırlanması, sorğulara cavab verilməsi, planlı və qeyri-planlı yoxlamalarda iştirak.
- Biznes proseslərinin və sənədlərin daxili auditi, tənzimləyicinin tələblərinə uyğunluq üçün bölmələrə tövsiyələrin hazırlanması.
- Təchizatçılar, podratçılar və müştərilərlə müqavilələrin hazırlanması və ekspertizası; hüquqi risklərin qiymətləndirilməsi, kontragentlərin yoxlanılması.
- Korporativ sənədlərin şablonlarının hazırlanması və aktuallaşdırılması.
- Korporativ prosedurlarda iştirak: materialların hazırlanması, qərarların rəsmiləşdirilməsi, sənəd reyestrinin aparılması.
- Pretensiya işinin təşkili, məhkəmə proseslərində iştirak və mübahisələrin həlli.
Tələblər:
- Hüquqi sahədə kreditləşmə və lizinq prosesləri barədə anlayış.
- BOKT, bank və digər maliyyə təşkilatlarında iş təcrübəsi üstünlükdür.
- Kreditləşmə, borcun geri qaytarılması və müraciətlərlə iş üzrə qanunvericiliyi bilmə.
- Səlis və düzgün rus dili, hüquqi fikri dəqiq ifadə etmə bacarığı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.