NBCO KredAqro NBCO KredAqro
  • 287

İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi üzrə Mütəxəssis / GRC Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi üzrə Mütəxəssis / GRC Mütəxəssisi

  • Deadline 5 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” BOKT MMC İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi üzrə Mütəxəssis / GRC Mütəxəssisi vakansiyasına işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi üzrə siyasətlərin, prosedurların və standartların hazırlanması, aktuallaşdırılması və müşayiət edilməsi.
  • İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsində iştirak və risk reyestrinin aparılması.
  • Daxili və xarici auditlərə hazırlıq, auditor sorğularının müşayiət edilməsi.
  • Tənzimləyici tələblərin, daxili standartların və prosedurların icrasına nəzarət.
  • Access management, third-party risk, incident management və awareness proseslərində iştirak.
  • İnformasiya təhlükəsizliyi nəzarətləri üzrə sübutların (evidence) toplanması və strukturlaşdırılması.
  • Komplayens və nəzarət məsələləri üzrə İT, İB, biznes və auditorlarla qarşılıqlı fəaliyyət.

Əsas bacarıqlar (texnologiyalar / alətlər):

  • ISO 27001 / ISO 27002
  • PCI DSS
  • CIS Controls
  • Risk Assessment / Risk Register
  • Policy & Procedure Development
  • Audit / Compliance
  • Excel, Word, PowerPoint
  • Jira / YouTrack / Confluence / SharePoint
  • Proseslərin sənədləşdirilməsi və analizi bacarıqları

Tələblər:

  • Maliyyə sektorunun normativ tələbləri ilə iş təcrübəsi.
  • Access management, incident management və vendor risk management proseslərini anlamaq.
  • Siyasətlərin, prosedurların, standartların və nəzarət matrislərinin yazılması bacarıqları.
  • Daxili/xarici audit və tənzimləyici ilə qarşılıqlı fəaliyyət təcrübəsi.
  • Xarici auditlərdən keçmə təcrübəsi.
  • GRC / compliance / audit / IS governance sahəsində ən azı 2 il praktiki təcrübə.
  • İnformasiya təhlükəsizliyi üzrə daxili normativ sənədlərin hazırlanması təcrübəsi.
  • ISO 27001, risk management və internal controls anlayışı.
  • Daxili auditlərlə iş təcrübəsi.
  • Sənədlər, cədvəllər və məlumatların strukturlaşdırılması ilə işləmək üzrə güclü bacarıqlar.
  • Bir neçə tapşırıqla işləmək və materialları müxtəlif bölmələrlə razılaşdırmaq bacarığı.

Təcrübə (il və sahə):

  • İnformasiya təhlükəsizliyi, GRC, daxili nəzarət, audit, komplayens və ya risklərin idarə edilməsi sahəsində 2+ il təcrübə. Maliyyə təşkilatlarında, fintex, bank və ya ödəniş şirkətlərində təcrübə arzuolunandır.

Sertifikatlar: ISO 27001 Lead Implementer / Lead Auditor, Security+

Arzuolunandır:

  • Bank / fintex / ödəniş təşkilatında iş təcrübəsi.
  • PCI DSS ilə iş təcrübəsi.
  • ISMS tətbiqində iştirak təcrübəsi.
  • Risk register, control matrix, gap assessment və RBAC matrix aparılması təcrübəsi.
  • Fərdi məlumatların qorunması tələbləri və maliyyə sektorunun tənzimləyici tələbləri üzrə biliklər.

Dil bilikləri:

  • İngilis dili - Intermediate səviyyəsindən, standartlar və auditorlarla işləmək üçün arzuolunandır.
  • Azərbaycan dili - mütləqdir.
  • Rus dili - arzuolunandır.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi üzrə Mütəxəssis / GRC Mütəxəssisi) qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily1
  • Weekly533
  • Monthly666