NBCO KredAqro NBCO KredAqro
  • 237

Kibertəhlükəsizlik mühəndisi / Administrasiya öhdəlikləri olan L2 SOC analitiki

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kibertəhlükəsizlik mühəndisi / Administrasiya öhdəlikləri olan L2 SOC analitiki

  • Deadline 5 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” BOKT MMC Kibertəhlükəsizlik mühəndisi / Administrasiya öhdəlikləri olan L2 SOC analitiki vakansiyasına işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • EDR/XDR həllərinin administrasiyası (insidentlərin araşdırılması, siyasətlərin sazlanması, yenilənmələr).
  • Şəbəkə ekranlarının (Firewall) və şəbəkə səviyyəsində girişlərin idarə edilməsi.
  • DLP sisteminin dəstəklənməsi (siyasətlərin sazlanması, monitorinq, insidentlərə reaksiya).
  • SIEM hadisələrinin monitorinqi və analizi, korrelyasiya qaydalarının sazlanması.
  • İnsidentlərin araşdırılmasında iştirak, mürəkkəb halların eskalasiyası.
  • L1 SOC və GRC ilə qarşılıqlı fəaliyyət.

Tələblər:

  • L2 səviyyəsində EDR/XDR administrasiyası təcrübəsi (sazlama, alertlər, araşdırma).
  • Firewall administrasiyası təcrübəsi (istənilən kommersiya vendoru).
  • L2 səviyyəsində SIEM ilə iş təcrübəsi: triaj, hadisələrin analizi, qaydaların yazılması.
  • Şəbəkə protokollarını anlamaq (TCP/IP, DNS, HTTP/S, VPN).
  • Texniki sənədlərin yazılması bacarığı (runbook, incident report).
  • Təcrübə (il və sahə): Kibertəhlükəsizlik / IT Security sahəsində 3+ il təcrübə, bunun ən azı 2 ili təhlükəsizlik vasitələrinin administrasiyası üzrə olmalıdır.
  • Sertifikatlar (məcburi / arzuolunan): CompTIA Security+, CEH, SC-200, Fortinet NSE, CCSA, CCNA Security və ya EDR/SIEM üzrə vendor sertifikatı.
  • Xüsusi biliklər: MITRE ATT&CK biliyi, SIEM üçün korrelyasiya qaydaları yazmaq bacarığı, reaksiya avtomatlaşdırmasının sazlanması təcrübəsi (SOAR - üstünlükdür). Antivirusların və sandbox-ların iş prinsiplərini anlamaq.

Arzuolunandır:

  • SOC L2/L3-də iş təcrübəsi.
  • DLP-nin sıfırdan tətbiqi təcrübəsi (yalnız istismar deyil).
  • PAM həlləri ilə iş təcrübəsi (CyberArk, BeyondTrust).
  • Skript yazma bacarıqları (Python / PowerShell).
  • Threat hunting və ya red team fəaliyyətləri üzrə təcrübə.

Dil bilikləri:

  • Azərbaycan dili - texniki dialoq.
  • İngilis dili - manual və logların oxunması üçün arzuolunandır.
  • Rus dili - arzuolunandır

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Kibertəhlükəsizlik mühəndisi / Administrasiya öhdəlikləri olan L2 SOC analitiki) qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily1
  • Weekly533
  • Monthly666