Əsas vəzifə və öhdəliklər:
- Microsoft 365-in administrasiyası və dəstəyi (Exchange Online, SharePoint Online, Teams, OneDrive for Business);
- Azure AD, Microsoft 365 lisenziyalaşdırılması və təhlükəsizlik siyasətlərinin idarə olunması;
- Exchange və Azure üçün hibrid ssenarilərin qurulması və monitorinqi;
- Microsoft 365 məlumatları üçün ehtiyat nüsxələmə (backup) sistemlərinin qurulması və dəstəklənməsi;
- Təhlükəsizlik və compliance tələblərinə uyğunluğun təmin edilməsi (MFA, DLP, Conditional Access);
- Virtuallaşdırma həllərinin administrasiyası və dəstəyi (VMware).
Tələb olunan keyfiyyətlər:
- Azərbaycan və rus dillərini sərbəst bilmək;
- Microsoft 365 üzrə real administrasiya təcrübəsi (mütləqdir);
- Windows Server, Active Directory və Group Policy üzrə biliklər;
- Microsoft 365 və infrastrukturun avtomatlaşdırılması üçün PowerShell ilə işləmə bacarığı;
- Virtuallaşdırma sistemləri ilə iş təcrübəsi (VMware, Hyper-V);
- Şəbəkə texnologiyaları üzrə anlayış (TCP/IP, VLAN, marşrutlaşdırma, firewall).
Üstünlükdür:
- Microsoft sertifikatlarının olması;
- Microsoft Intune, Defender for Office 365, Azure Sentinel ilə iş təcrübəsi;
- SharePoint, Power Platform və avtomatlaşdırma alətləri (Power Automate, PowerShell) üzrə biliklər.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Korporativ İnfrastruktur üzrə Mühəndis (IT Manager)) qeyd etməklə göndərmələri xahiş olunur.