Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 9 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş ofisi üçün Mühasib  vəzifəsinə işçi axtarışı elan edir. 

Əsas vəzifə və öhdəliklər:

  • Əmək haqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;
  • Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesablamaların aparılması;
  • Mühasibat uçotunun aparılması;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və aktların hazırlanması;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması;
  • Debitor və kreditor borclarının izlənilməsi;
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi;
  • Rəhbərliyin tələb etdiyi maliyyə hesabatlarının hazırlanması.

 Tələb olunan keyfiyyətlər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə və məsuliyyətlilik.
  • Əmək haqqı hesablamaları və əmək qanunvericiliyi üzrə praktiki biliklər;
  • E-gov və digər aidiyyəti dövlət portalları ilə işləmə bacarığı 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri; 
  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily42
  • Weekly342
  • Monthly1067