Vəzifə və öhdəliklər:
· Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu.
· KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı.
· İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi.
· Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər).
· Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi.
Tələblər:
· Borcların qaytarılması sahəsində təcrübə — gecikmə mərhələlərini bilmək (Soft, Hard, Collection, Legal), borclularla ünsiyyətin xüsusiyyətlərinə bələd olmaq, müvafiq sahə üzrə rəhbər vəzifələrdə azı 1 il iş təcrübəsi.
· Mühüm şərtlər: məhkumluğun və kreditlər üzrə məhkəmə qərarları/borcların olmaması.
· İnsanlarla idarəetmə bacarıqları — operatorları motivasiya etməyi, intizamı qorumağı və planların icrasına nəzarət etməyi bacarmaq.
· Geri qaytarma üzrə KPI bilikləri — Recovery Rate, RPC (Əlaqə yaradılmış əsas şəxs), PTD (Borc üzrə vəd), vəd nisbəti, planın icra faizi və s.
· Analitik düşüncə — hesabatlarla işləmə bacarığı (Excel, BI), hesabatlardan mənzərəni düzgün oxumaq və mümkün risklərin qarşısını öncədən alma bacarığı.
· Compliance (uyğunluq) anlayışı — komandaya qanun və daxili qaydalar çərçivəsində işləməyi izah edə bilmək, nəticəyə yönəlik komanda motivasiyasını təmin etmək.
· Rus dilini mükəmməl bilməsi vacibdir.
İş şəraiti:
· İş qrafiki: (Bazar ertəsi - Cümə, 10:00-19:00, 2/2 növbəli sistemə keçid mümkün ola bilər)
· AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
· Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
Dil bilikləri:
- Azərbaycan dili – mükəmməl səviyyədə
- Rus dili – yaxşı səviyyədə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.