NBK MOTORS MMC komandamıza avtomobil satış sahəsində təcrübəli satış mütəxəssisi axtarılır!
Vəzifə öhdəlikləri:
- Müştərilərə avtomobillər barədə peşəkar təqdimat və satışın həyata keçirilməsi
- Müştərinin tələbinə uyğun avtomobil seçiminin təşkili
- Satış prosesinin tam idarə olunması və sənədləşdirilməsi
- Müştəri bazasının formalaşdırılması və davamlı əlaqələrin qurulması
- Sosial şəbəkələrdə avtomobillərin təqdimatı və canlı yayımlar vasitəsilə satışların təşkili
- Avtosalonun satış planının yerinə yetirilməsi
Tələblər:
- Avtosalonlarda və avtomobil satışı sahəsində iş təcrübəsi
- Sosial şəbəkələrdə avtomobil satışı üzrə aktiv hesablarının olması üstünlükdür
- Canlı yayımlar vasitəsilə avtomobil təqdimatı və satış bacarığı
- Azərbaycan dili səlis, rus dili və ingilis dili üstünlükdür
- Rəsmi dillərdə müştərilərlə peşəkar ünsiyyət bacarığı
- Güclü satış və təqdimat bacarığı
- Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq
- Komandada işləmə və müştəri ilə düzgün münasibət qurmaq bacarığı
- Sürücülük vəsiqəsi (B kateqoriyası) üstünlükdür
Şirkət təklif edir:
- Artan satış nəticələrindən asılı olaraq artan məvacib və bonus sistemi
- Karyera inkişafı imkanı
- Güclü və peşəkar kollektivdə çalışma imkanı
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57
İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
WhatsApp: +994 10 265 44 53