Neft - Mədən Avadanlığı MMC Neft - Mədən Avadanlığı MMC
  • 149

Neft - Mədən Avadanlığı MMC

Mədənçıxarma, neft və qaz , Neft-qaz xidmətləri

Marketinq və bazar analizi üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq və bazar analizi üzrə mütəxəssis

  • Deadline 17 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam ştat, həftə içi 5 gün
  • Əmək haqqı: əmək haqqı + nəticəyə bağlı bonus (müsahibə zamanı razılaşdırılır)

Vəzifə öhdəlikləri

Bazar analizi (işin əsas hissəsi):

  • Bazar həcminin, tələbatın və trendlərin araşdırılması; yeni məhsul/xidmət istiqamətləri üzrə əsaslandırılmış təkliflərin verilməsi;
  • Rəqib analizinin mütəmadi aparılması: rəqiblərin çeşidi, qiymətləri, aksiyaları və satış kanallarının izlənməsi, müqayisəli hesabatların hazırlanması;
  • Qiymət analizi və qiymətqoyma üzrə təkliflər: hansı məhsulda marja artırıla bilər, hansında qiymət bazardan kənardır;
  • Şirkətin satış datasının analizi: hansı məhsul, müştəri qrupu və bölgə qazandırır — satış səylərinin düzgün istiqamətə yönəldilməsi üçün aylıq analitik hesabat;
  • Müştəri rəyi və tələbatının öyrənilməsi (sorğular, satış komandasından geri dönüşlər), itirilmiş müştərilərin səbəb analizi;
  • Yeni bazar seqmentlərinin və satış kanallarının (bölgələr, korporativ müştərilər, topdan/pərakəndə) qiymətləndirilməsi;

Marketinq (analizin icra hissəsi):

  • Analiz nəticələrinə əsaslanan marketinq planının hazırlanması və icrası;
  • Ödənişli reklam kampaniyalarının qurulması və idarəsi (Meta Ads, Google Ads), sosial media hesablarının aparılması;
  • Kampaniyalardan gələn müraciətlərin qeydiyyatı və satış komandasına ötürülməsi;
  • Hər kampaniya üzrə nəticə hesabatı: xərc, müraciət sayı, müraciətin maya dəyəri, satışa çevrilmə faizi.

Namizədə tələblər

  • Marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya oxşar sahədə ali təhsil;
  • Marketinq və ya bazar araşdırması sahəsində minimum 2-3 il təcrübə (ticarət/distribusiya şirkətində təcrübə üstünlükdür);
  • Güclü analitik bacarıq: Excel-də sərbəst iş (pivot cədvəllər, əsas funksiyalar); Power BI bilikləri ciddi üstünlükdür;
  • Bazar və rəqib analizi aparıb nəticəni konkret təklifə çevirmə təcrübəsi — müsahibədə real nümunə istəyəcəyik;
  • Rəqəmsal reklam alətləri (Meta Ads, Google Ads) ilə praktiki iş təcrübəsi;
  • Hesabat və təqdimat hazırlama bacarığı (PowerPoint);
  • Azərbaycan dili sərbəst; rus dili üstünlükdür;
  • Nəticəyə yönümlülük və təşəbbüskarlıq — hazır tapşırıq gözləyən yox, bazarı analiz edib təklif gətirən namizəd axtarırıq.

Maraqlanan namizədlər CV-lərini və (varsa) hazırladıqları analiz/kampaniya nümunələrini mövzu (subject) hissəsində “Marketinq və bazar analizi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily82
  • Weekly564
  • Monthly1628