Vəzifə öhdəlikləri:
- Şirniyyat və mayalı məhsul kateqoriyalarının istehsal prosesinə gündəlik nəzarətin həyata keçirilməsi;
- Məhsul keyfiyyət standartlarının qorunmasını və davamlı nəzarəti təmin etmək;
- Məhsul çeşidliliyinin artırılması və yeni məhsulların hazırlanması prosesində iştirak etmək;
- İstehsalat planlamasının düzgün təşkili və icrasına nəzarət etmək;
- Vitrin sərgilənməsi və məhsulların təqdimat standartlarına uyğunluğunu təmin etmək;
- İstehsal komandası arasında iş bölgüsünü və koordinasiyanı təşkil etmək;
- Gigiyena, sanitariya və qida təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
- Xammal və hazır məhsul keyfiyyətinə nəzarət etmək;
- İstehsalat prosesində operativ problemlərin həllini təmin etmək;
- Mövsümi və kampaniya məhsullarının hazırlanması prosesini idarə etmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- İstehsalat proseslərinin idarə olunması üzrə bilik və təcrübə;
- Məhsul keyfiyyəti və qida təhlükəsizliyi standartları haqqında məlumatlı olmaq;
- Məhsul çeşidliliyi və yeni məhsul inkişafı üzrə düşüncə bacarığı;
- Komanda idarəetmə və təşkilatçılıq bacarığı;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
- Gərgin iş mühitində işləmə bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- Vitrin təqdimatı və məhsul sərgilənməsi sahəsində anlayışın olması.
İş şəraiti:
- İş günləri: I-VI günlər
- İş saatı: 09:00-18:00 (şənbə günü yarım iş qrafiki)
- Rəqabət qabiliyyətli əmək haqqı
- Nahar şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.