“Nero MMC” satınalma komandasına qoşulmaq üçün təcrübəli və məsuliyyətli Satınalma üzrə mütəxəssis axtarışındadır.
İş barədə məlumat
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir
Öhdəliklər
- Şirkətin mal-material təchizatı zəncirinin effektiv təşkili və idarə edilməsi;
- Satınalma prosesinin şirkət prosedurlarına uyğun olaraq vaxtında icra edilməsi;
- Alqı-satqı proseslərində sənədlərin (müqavilələr, fakturalar, qaimələr) düzgünlüyünə nəzarət edilməsi;
- Malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı nəqliyyat və logistika məsələlərinin təşkili;
- Xarici və daxili bazarın mütəmadi təhlili, tələb olunan materialların araşdırılması;
- Satınalma fəaliyyəti üzrə dövri hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların və digər administrativ işlərin vaxtında icrası.
Namizədə dair tələblər
- Ali təhsil;
- Satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilməli, İngilis dili biliyi (orta səviyyə);
- MS Office proqramlarında və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
- Komandada işləmə bacarığı, işgüzarlıq və məsuliyyətlilik;
- Yaş: 26+;
- Kişi namizədlərə üstünlük veriləcəkdir.
İş şərtləri
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Peşəkar inkişaf imkanları.
Müraciət qaydası:
- Maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına, mövzu hissəsində "Satınalma üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.