Vakansiyanın tələbləri:
- Təhsil: marketinq, biznesin idarə edilməsi və ya oxşar sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Reklam, media və ya B2B satış sahəsində minimum 3–5 il təcrübə;
- Dil bilikləri: Azərbaycan dili - səlis (yazı və danışıq), Ingilis dili arzuolunandır;
- Reklam agentlikləri və korporativ müştərilərlə iş təcrübəsi üstünlükdür;
- Digital, DOOH, TV və radio reklam məhsulları üzrə baza biliklər;
- Güclü satış və danışıqlar bacarığı;
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
- Komanda daxilində əməkdaşlıq bacarığı.
Vəzifə öhdəlikləri:
- Fərdi aylıq və rüblük satış hədəflərinin tam icrası;
- Digital, DOOH, TV və radio reklam məhsullarının aktiv satışı;
- Mövcud müştərilərlə gəlirin artırılması (upsell / cross-sell);
- Yeni reklamverənlərin və agentliklərin cəlb olunması;
- Müştərilərlə uzunmüddətli və davamlı münasibətlərin qurulması;
- Reklam kampaniyaları üzrə ehtiyacların düzgün müəyyən edilməsi;
- Kommersiya təkliflərinin və media planların hazırlanması prosesində aktiv iştirak;
- Müştəri məmnuniyyətinin və saxlanma səviyyəsinin təmin edilməsi;
- Media komandası, marketing və maliyyə komandaları ilə sıx əməkdaşlıq;
- Müqavilə və ödəniş proseslərinin vaxtında icrasına nəzarət;
- Satış Direktoru üçün müntəzəm hesabatların təqdim edilməsi;
- Reklam bazarındakı trendlərin və rəqiblərin izlənməsi;
- Məhsul portfelinin idarə olunması;
- Müştərilərə data əsaslı və dəyər yönümlü həllərin təklif olunması.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.